Accessibility links

Cimmi Karter: Barak Obamaya qarşı tənqidlər irqçilikdən qaynaqlanır


ABŞ-ın sabiq prezidenti Cimmi Karter hazırkı prezident Barak Obamaya qarşı artmaqda olan tənqidlərin irqçilikdən qaynaqlandığını deyib. NBC News-a müsahibəsi zamanı cənab Karter prezidentə qarşı düşmənçiliyi onun qaradərili olması ilə izah edib.

Amerikanın 39-cu prezidenti deyib ki, bir çoxları ağların afro-amerikalılara münasibətini bölüşmək tendensiyasına üz tutub. Cimmi Karter ağ amerikalıların qaradərili bir insanın ölkəni idarə edə bilməməsinə dair inamının xoşagəlməz nəticələr verdiyini bildirib.

XS
SM
MD
LG