Accessibility links

İnqilabi Qvardiya müxalifətə etiraz nümayişləri keçirməmək haqda xəbərdarlıq edib


İranın təhlükəsilik qüvvələri müxalifət tərəfdarlarına cümə günü hökumətin keçirəcəyi yürüş zamanı hökumət əleyhinə etiraz nümayişinə çıxmamaq barədə xəbərdarlıq edib.

Müxalifət tərəfdarları fələstinlilərə dəstək bildirmək və İsraili məhkum etmək üçün hər il keçirilən Qüds günü yürüşü ilə eyni vaxt etiraz nümayişi keçiilməsinə çağırıblar.

Müxalifət lideri Mir Hüsyen Musəvi nümayişə qatılmaq planları olduğunu deyib. Müxalifət fəalları isə insanları prezident Mahmud Əhmədinejadın yenidən prezident seçildiyi mübahisəli seçkilərə etiraz bildirmək üçün böyük qruplar haılnda toplaşmağa çağırıb.

Bu gün İranın dövlətə məxsus mətbuatı İnqilabi Qvardiyanın mesajını nəşr edib. Burada yürüş zamanı hər hansı etiraz aksiyasının dağıdılacağı deyilir.

XS
SM
MD
LG