Accessibility links

İsrailin Müdafiə naziri İranın yəhudi dövlətinin mövcudluğuna təhlükə olmadığını deyib


İsrailin Müdafiə naziri Ehud Barak deyib ki, İran yəhudi dövlətinin mövcudluğuna təhlükə törətmir. Bu açıqlamalar İsrail hökumətinin son bəyanatlarından fərqlənir.

İsrail qəzetinə müsahibə zamanı Ehud Barak deyib ki, İsrail güclüdür və o, dövlətin mövcudluğuna heç kəsin təhlükə törətmədiyini düşünür. Bununla belə, müdafiə naziri deyib ki, İran İsrail və dünyaya meydan oxumağa davam edir.

İsrail liderləri dəfələrlə İranın nüvə proqramının onların ölkəsi üçün təhlükə törətdiyini bəyan ediblər. Bunun əsas səbəblərindən biri də İran prezidenti Mahmud Əhmədinejadın yəhudi dövlətinin xəritədən silinməsi çağırışları ilə izah edilir.

İran liderləri İsraili düşmən kimi ifşa etsələr də, nüvə proqramının silah istehsalı üçün nəzərdə tutulmadığını bidirirlər.

XS
SM
MD
LG