Accessibility links

Prezident Obama raket sistemi ilə bağlı yeni dəyişiklikləri açıqladı


ABŞ prezidenti Barak Obama Polşa və Çex Respublikasında raketlərdən müdafiə sistemi planlarına son qoyaraq Avropada yeni sistemə dair açıqlamalar verib.

Ağ Evdə danışan cənab Obama Birləşmiş Ştatların öz müttəfiqlərini İrandan gələn raket təhlükəsindən qorumaq işinə sadiq qaldığını bir daha dilə gətirib. O deyib ki, raket sisteminə dəyişikliklər İranın raket proqramı nəzərdən keçirilərək yenidən qiymətləndirildikdən sonra gətirilib.

Pentaqonda Müdafiə naziri Robert Geyts deyib ki, sistem Avropanın şimalı və cənubunda sensorlar və raket tutan qurğular, habelə gəmilərdə raketləri əhatə edəcək. O bildirib ki, ABŞ Polşa və Çex Respublikası ilə bu qurğuların yerləşdirilməsinə dair danışıqlar aparır.

Geytsin bildirdiyinə görə, uzun mənzilli raket texnologiyaları ABŞ rəsmilərinin bundan öncə düşündüyü kimi, birbaşa təhlükə təşkil etmir. Lakin o əlavə edib ki, ehtiyac olsa sistem genişləndirilə bilər.

XS
SM
MD
LG