Accessibility links

Rusiya və Gürcüstan Cenevrədə təhlükəsizliyə dair danışıqlara başlayıb


Rusiya, Gürcüstan və separtaçı Cənubi Osetiya və Abxaziya regionlarının nümayəndə heyətləri bu gün Cenevrədə regional təhlükəsizliyə dair danışıqların sonuncu raunduna qatılıblar. Bu, keçən il Rusiya və Gürcüstan arasında münaqişədən sonra tərəflər arasında həllini tapmamış məsələlərin müzakirəsi məqsədilə keçirilən danışıqların yeddinci raundudur.

Moskva və Tbilisi arsında son aylar münasibətlərin daha da gərginləşdiyi müşahidə olunur. Lakin bununla belə bütün tərəflər danışıqlarda iştirak edir.

Rəsmilər danışıqların gələcəkdə münaqişələrin qarşısını almaq üçün yeni regional təhlükəsizlik mexanizmlərinin yaradılması üzərində mərkəzləşəcəyi deyilir. Nümayəndələrin habelə narahatlığa səbəb olan humanitar məsələləri müzakirə edəcəyi gözlənilir. Buraya münaqişə nəticəsində yerlərindən didərgin düşmüç 30 min məcburi köçkün daxildir.

XS
SM
MD
LG