Accessibility links

İran azərbaycanlı bəzi tələbələrin magisratura/yüksək lisans proqramlarına qəbul olunmasında problemlər


İranın məktəb və universitetlərinin açılmasının yaxınlaşdığı bir zamanda, keçmiş illərdəki kimi İran Azərbaycanında tələbələri universitetlərdən xaric etmək və ya bir müddət üçün onları dərsdən kənarlaşdırmaq hadisələri baş verir. Bu o haldadır ki, İran-Azərbaycanının universitələrində, İranın son perezident seçkilərindən sonra geniş etiraz nümayişləri keçirilməyib.

Azərbaycanlı Siyasi Məhbusları Müdafiy Cəmiyyəti “ADAPP” bir neçə tələbənin adını çəkir ki, onlar İran universitetlərinin yüksək lisans yəni magistratura imtahanlarında yuxarı qiymətlər əldə ediblər amma bu tələbələrin proqramlarına başlamasına imkan verilmir. Amənə Xanım Qasimpur, Şəhram Şoqi, Behzad Ciddi və İbrahim Şəhbazi o cümlədəndirlər.

“Amənə Xanım Qasımpur” Təbriz universitetinin Azərbaycanşünaslıq ocağının üzvü idi və o İranın yüksək lisans imtihanında 36-ncı yeri tutub. Amma dövlət onu magistratura proqramına qəbul etmir.

“Şəhram Şoqi” 200-cü yerdədir və deyilənə görə onun İncəsənət sahəsində oxumaq imkanı var amma siyasi səbəblərə görə onu da proqrama qəbul etmirlər.

Magistratura imtahanın nəticəsinə görə 382-nci yerdə olan “Behzad Ciddi” aldığı qiymətə etiraz üçün İran Universitetlərinin İmtahan Mərkəzinə gedib. Azərbaycanlı tələbənin dediyinə görə orda ona öz adının da olduğu 15 səhifəlik bir siyahını göstərib və söyləyiblər ki, bu siyahıya düşənlər universitetdə heç bir ders oxuya bilməz.

“İbrahim Şəhbazi”nin yaxınlarından birinin dediyinə görə isə onun imtahan kağızında başqası tərəfindən dəyişikliklər edilib.

Bunlardan əlavə, “Əmirkəbir” və “Ey İran, Ey Mərze por ğohər” xəbər saytlarının yazdıqlarına görə tələbələri İnzibat Komitəsinə çağırmağın dalğaları Ərdəbilin Mohəqqiq Ərdəbiyli Universitetinə, gedib çatdı və burada altı tələbəni inzibat komitəsinə çağırdılar. Əmirkəbir veb saytı ad vermədən yazır ki, tələbələrə qarşı ittiham “etiraz üçün bir cəmiyətin təşkili”dir. Saytda bu da deyilir ki, həmin tələbələr, Mehdi Kərrubi və Mir Hüseyn Musəvinin prezidentlik kampaniyasında çalışırmışlar. Seçkilərdən sonra isə Mohəqqiq Ərdəbiyli universitetindəetiraz nümayişi baş verməyib

Həmin iki sayt yazır ki, Qəzvinin Beynalxalq universitetinin 7 tələbəsini də telefonda şəhərin İttilaat idarəsinə çağırıblar. Bu tələbələr 4 liderləri ilə bərabər, seçkilərdən sonra tutulub və həbsə düşmüşdülər ki, maliyyə zəmanəti yəni mali vəsiyqə təmin etmək nəticəsində azad olunublar.

Universitet tələbələrinin magistratura və başqa yüksək proqramlarda iştirakının qabağını almaq, İranın dövlət universitətlərinin sərhədlərini aşdı və özəl universitetlərə dəöz təsirini göstərdi. Azad Universitetinin bəzi tələbələri və Təbrizin Azad universitetinin “Arman Təşəkkülü” adlı cəmiyətinin 4 üzvü dərs oxmaqdan saxlanıldılar.

Bu o haldadır ki, dövlət universitetlərində, tələbə və ya tələbə cəmiyətinin əgər təqsiri olsa onda tələbələr xüsusi bir komitəyə göndərilirlər. Amma Azad universitetində belə bir proses yoxdur. Təxminlərə görə özəl üniversitetlərin tələbələrini, İttilaat idarəsinin istəyi əsasında universitetdən xaric ediblər.

Bu barədə, Təbrizin Azad Universitetinin Arman Təşəkkülü universitetdən xaric olunanların adlarını açıqlayıb: Behnam Turkanpur Tehranın Azad Universitetinin yüksək lisans dərəcəsinin ikinci ilində oxuyurdu amma naməlum səbəblərə görə dersden atılıb. Turkanpur,Arman Təşəkkülünün beş üzvündən biri və bir neçə türk dilində çıxan tələbə dərgisinin təsisçisi idi. Yunis Zareiyyon yüksək lisansda Siyasət oxuyurdu.Elmi işinin müdafiəsinə hazırlandı bir zamanda, universitetdən çıxardıldı. O Arman Təşəkkülünün başçısı, bağlanmış “Arman” və “Azər” dərgilərinin baş redaktoru və Əkbər Ələminin prezidentlik kampaniyasında çalışan tələbələrin məsulu idi.

Vəhid Şexbəyli iqtisad sahəsində magistratura/yüksək lisans oxuyurdu amma iki dəfə tutulub və həbsə düşmüşdü və buna görə ona elmi işini müdafiyəyə imkan verilmədi. O “Səttarxan” və “Arman” dərgilərinin yazarlarından və Səttarxan Konferansının təsisçisi idi. Nəvid Məhəmmədi İranın yüksək lisans imtahanlarında 11-nci yerdəydi amma onun da ders oxumağı dayandırılıb. O, Varlıq, Dilmanç, Arman, Heydərbaba, Nəvide Azərbaycan kimi dərgilərin və qazetlərin yazarıydı.

Keçən illərdə də belə hadisələr baş vermişdi. Misal üçün İbrahim Rəşidi, Qədir Kiyani, Nadir Mehdi Qarabağ, Əmin İmami, Səməd Paşayi, Mehdi Hacı Məhəmmədi və Nahid Babazadə də keçən il bu problemlə üzləşmişdilər.

Bunlardan əlavə, təkcə Təbrizdə 4 İran Azərbaycanlı universitət tələbəsi, Aydın Xaceyi, Ehsan Nəcəfi Nəsib, Fərhad Zehtab və Məcid Makuyi hələ də zindandadırlar.

XS
SM
MD
LG