Accessibility links

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru İranın nüvə proqramının inkişafı sahəsində nailiyyət əldə etdiyini deyir


Artıq uzun müddətdir ki, Birləşmiş Ştatlar və onun müttəfiqləri İranın gücünü artıra biləcək nüvə silahları istehsalınaqarşı mübarizə aparmaqda davam edirlər.Lakin Birləşmiş Ştatların yüksək səviyyəli kəşfiyyat rəsmiləri İran liderlərinin hələ də atom bombasının istehsalına tərəddüdlə yanaşdığı qənaətindədirlər.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Leon Panetta Amerikanın Səsinə verdiyi müsahibədə İranın nüvə proqramının inkişafı sahəsində nailiyyət əldə etdiyini, lakin doğrudan da bomba istehsal ediləcəyi ilə bağlı ölkə liderlərinın müxtəlif fikirlərə malik olduqlarını deyib.

Beynəlxalq Atom Enerjisi Agentliyi ekspertlərinin Associated Pressə verdikləri açıqlamada deyilir ki, İranın nüvə silahı istehsal etməsi üçün artıq böyük inkişafa nail olduğuna inanılır.Lakin agentliyin bəyanatında İranın nüvə silahı istehsalı proqramına malik olduğunu sübut edən heç bir dəlil göstərilmir.

XS
SM
MD
LG