Accessibility links

NATO Rusiya ilə yeni əməkdaşlığa çağırır


NATO Rusiyaya yeni əməkdaşlıq təklif edərək tərəflərin müdafiə məsələləri üzrə birgə işləməyinin vacibliyini qeyd edib. Brüsseldə çıxış edən NATO baş katibi Andres Foq Rasmussen 21-ci əsrin sınaqlarına sinə gərmək üçün məsələlərin birgə nəzərdən keçirilməsinə çağırıb. O, öz çıxışında Rusiya Avropa və beynəlxalq təhlükəsizlikdə tərəfdaş adlandırıb. Rasmussen deyib ki, Rusiya, NATO və ABŞ lazımi vaxtda raket müdafiə sistemlərini əlaqələndirməlidir. Rusiyanın NATO üzrə elçisi Dmitri Roqozin Rasmussenin bəyanatını çox müsbət və çox konstruktiv adlandırıb. O, təkliflərin birgə təhlil olunmasına çağırıb. Ötən il Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra NATO ilə Rusiya arasında münasibətlər soyumuşdu.
XS
SM
MD
LG