Accessibility links

Rusiya da Avropada raketdən müdafiə sistemi planlarını təxirə salıb


Rusiya deyir ki, ABŞ prezident Barak Obamanın Mərkəzi Avropada raketdən müdafiə planını təxirə salmasından sonra, Kreml də Polşa yaxınlığında oxşar qurğuların yerləşdirilməsi planını ləğv edib. Radio müsahibəsi zamanı Rusiya müdafiə nazirinin müavini Vladimir Popovkin deyib ki, cənab Obamanın addımı Kaliningrad regionunda qısa-mənzilli İskəndər raketlərinin yerləşdirilməsini lüzumsuz edir. Prezident Obama iki gün öncə bildirmişdi ki, o, planlaşdırılmış raketdən müdafiə sistemini dəyişərək ABŞ və onun NATO müttəfiqlərinin İrandan qaynaqlanan təhlükədən müdafiəsi üçün yeni yanaşma nümayiş etdirəcək. Moskva əvvəlki plana sərt etiraz edərək, bunun Rusiyanın təhlükəsizliyinə hədə törətdiyini dilə gətirmişdi. ABŞ-ın bəzi Respublikaçı liderləri və Şərqi Avropa siyasətçiləri cənab Obamanın son addımı tənqid edib.
XS
SM
MD
LG