Accessibility links

ABŞ-da Əl-Qaidə ilə bağlılığı olan şəxs saxlanılıb


ABŞ-ın ali hüquq-mühafizə rəsmisi deyir ki, federal agentlərin sorğu-sual etdiyi əfqan milliyətli bir nəfərin Əl-Qaidə terror təşkilatı ilə bağlılığı olduğu müəyyənləşib. Adının açıqlanmasını istəməyən ali rəsmi bildirib ki, Nəcibulla Zazi hazırda terrorizm ittihamları ilə üzləşə bilər. Zazi hələ ki, nə həbs edilib, nə də ki ona qarşı hər hansı rəsmi ittiham irəli sürülməyib. Ancaq Birləşmiş Ştatlar federal agentləri onu Kolorado ştatının Denver şəhərindəki evində 3 dəfə sorğu-sual edib. Zazi bu həftənin əvvəlində Nyu-Yorkdakı evlərdə aparılan reydlərlə bağlı dindirilib.
XS
SM
MD
LG