Accessibility links

Yəmən hökuməti qiyamçılara şərti atəşkəs təklif edib


Yəmən hökuməti ölkənin şimal bölgəsində hökumətə qarşı vuruşan qiyamçılara şərti atəşkəs müqaviləsinin bağlanmasını təklif edib. Hökumət dünən gecə açıqladığı bəyanatda qiyamçıları müqəddəs Ramazan bayramı münasibətilə atəşkəsə çağırıb. Döyüşlər hökumətlə Əl Huto qiyamçıları arasında ölkənin şimal bölgəsindəki Səada şəhəri ətrafında gedir. Hökumət bildirir ki, əgər qiyamçılar atəşkəs üçün irəli sürdüyü 6 şərti qəbul etsələr,onlarla müvəqqəti atəşkəs müqaviləsi bağlaya bilər. Şərtlərə regionı tərk etmək, hücumlara son qoymaq, yerli hökumət işlərinə müdaxilə etməyin dayandırılması daxildir. Yəmən hökumət qüvvələri 5 ildir ki, vaxtaşırı şiə Zeydi təriqətindən olan qiyamçılarla toqquşur.
XS
SM
MD
LG