Accessibility links

İranın Ali dini rəhbəri qərb mətbuatını siyasi iğtişaşları qızışdırmaqda ittiham edib


İranın ali dini rəhbəri qərb xəbər agentliklərini ölkədə siyasi iğtişaşları qızışdırmaqda ittiham edərək deyib ki, onlar İranda ab-havanı zəhərləməyə çalışır.

Bu gün Tehranda danışan Ayətulla Əli Xamenei deyib ki, qərd mətbuatı heç vaxt İrana xeyirxahlıqla yanaşmayıb və yerli mətbuata hökumət əleyhinə xarici mətbuatın iddilarını açıqlamamaq haqda xəbərdarlıq edib.

Ramazan ayının bitməsi münasibətilə tədbirdə danışan ali dini rəhbər habelə İranın gizli nüvə proqramı olduğuna dair iddiaları da rədd edib.

Prezident Mahmud Əhmədinejadın mübahisəli seçkilər nəticəsində ikinci müddətə seçilməsindən sonra İranda davam edən iğtişaşlar hakimyyətin yuxarı eşelonlarında siyasi gərginliyə gətirib çıxarmışdır.

XS
SM
MD
LG