Accessibility links

Novorossiysk keşik gəmisi Abxaziya sularına yerləşdirilib


Rusiya Novorossiysk keşik gəmisini Abxaziya sularına yerləşdirib. Rusiya rəsmilərinin dediyinə görə, gəmi Oçamçira limanında Abxaziya sularına daxil olmağa cəhd edən Gürcüstan gəmilərinin qarşısını alacaq.

Bu addım Abxaziya sularını öz ərazisi hesab edən Gürcüstanın Qara dəniz regionunda bir necə yük gəmisini saxlamasından sonra atılır. Rusiya gəmiləri Abxaziyanın Qara dəniz sahillərində ötən ildən- Rusiya-Gürcüstan müharibəsindən sonra keşik çəkir.

XS
SM
MD
LG