Accessibility links

Prezident Obama təhsil və innovasiya sahələrinə yardımın artırılacağına söz verib




ABŞ prezidenti Barak Obama təhsil və innovasiya sahələrinə daha artıq yardım göstəriləcəyinə söz verib. O deyib ki, daha çox amerikalının universitetdə təhsil almasına imkan yaratmaq olduqca mühümdür, belə ki, təhsilsiz ölkə sabah rəqabət apara bilməyəcək.

Nyu York ştatının ictimai kollecində danışan cənab Obama daha beş milyon adamın kollecdə təhsil almasına imkan verəcək planını açıqlayıb.

Prezident deyib ki, Konqresin təsdiq etdiyi stimullaşdırma paketindən 100 milyard dollar yeni sənaye sahələrinin yaradılması və texnologiya sahəsində yeni iş yerlərinin açılmasına yardım edəcək.

XS
SM
MD
LG