Accessibility links

Ehud Barak: Sülh imkanları itirilə bilər


İsrailin müdafiə naziri Ehud Barak fələstinlilərin yəhudi yaşayış məntəqələrinin inşasının dayandırılması tələbləri davam etdirilərsə, sülh imkanlarının itirilə biləcəyini deyir. Müdafiə naziri bildirib ki, prezident Obama açıq şəkildə siyasi nüfuzundan istifadə edərək, müstəqil Fələstin dövlətinin yaradılması və əsas məsələlərin gələn iki il ərzində həll ediləcəyinə vəd verib.

Ehud Barak deyib ki, belə bir imkanı qaçırmaq olmaz. Nazirin The New York Times qəzetində dərc edilən açıqlaması ABŞ prezidenti Barak Obamanın İsral və Fəslətin liderləri ilə Nyu-York görüşündən bir gün əvvələ təsadüf edir.

XS
SM
MD
LG