Accessibility links

Rok müğənni Xuanesin Havanada konsertində bir milyon kubalı iştirak edib


Havanada kolumbiyalı rok müğənnisi Xuanesin təşkil etdiyi konsertə bir milyon kubalı toplaşıb. Konsert “Sərhədsiz Sülh” şüarı altında keçib.

ABŞ-ın Florida ştatının Mayamidə şəhərində yaşayan Xuanes deyib ki, bu konserti kubalılarla onların Amerikadakı həmvətənləri arasında körpü yaratmaq məqsədilə təşkil edib.

Birləşmiş Ştatlarda ispan dilli tele-kanal Univisiona müsahibə verən ABŞ prezidenti Barak Obama belə konsertlərin Amerika-Kuba münasibətlərinə nə dərəcədə kömək edə biləcəyini deməsə də, bunun zərəri olmadığını bildirib.

Xuanes özü isə deyib ki, bu konsert münasibətlərin yaxşılaşdırılmasında daha bir qum dənəciyidir. Müğənninin yaşadığı Mayamidə isə Xuanesin konsertinə etiraz edən insanlar onu Kubanın kommunist rejimini dəstəkləməkdə ittiham ediblər. Müğənninin öldürüləcəyilə hədələndiyi bildirilir.


XS
SM
MD
LG