Accessibility links

Əfqanıstandakı hərbi qüvvələrin komandirləri ölkəyə əlavə qüvvə göndərilməli olduğunu deyirlər


Birləşmiş Ştatlar və NATO hərbi qüvvələrinin Əfqanıstandakı komandirləri gələn il ölkəyə əlavə qüvvə göndərilmədiyi təqdirdə nailiyyətsizliklə üzləşiləcəyi barədə xəbərdarlıq ediblər. Nyu York Times və Vaşinqton Post qəzetləri bu məlumat general MakKristalın Veb səhifəsidəki məlumatına əsasən dərc edib. Generalın sözlərinə görə, yararsız resurslar münaqişəni uzatmaqla yanaşı, onun baha başa gəlməsi riski yaradır. Lakin general hərbi qüvvələrin takitakalraını dəyişməklə, nailiyyət əldə edə biləcəyini bildirir. ABŞ prezidenti Barak Obama və onun Milli Təhlükəsizlik komandası avqust ayının 30-da müdafiə naziri Robert Geytsə təqdim edilən hesabatı nəzərdən keçirir. Əfqanıstana əlavə hərbi qüvvə göndərilb-göndərilməməsinə prezident qərar verməlidir.

XS
SM
MD
LG