Accessibility links

Prezident Obama ABŞ-ın iqlim dəyişikliyi problemi ilə birgə mübarizəyə çağırdı


Prezident Obama deyib ki, Birləşmiş Ştatlar iqlim dəyişikliyi məsələsində fəaliyyət göstərmək əzmindədir və xəbəradrlıq edib ki, probleminin həllində fəaliyyətsizlik gələcək nəsilləri qarşısıalınmaz təhlükə qarşısında qoya bilər.

Cənab Obama Nyu Yorkda iqlim dəyişikliyinə dair zirvə görüşünə toplaşan 90-dan çox ölkəsinin liderini problemi həll etmək üçün birgə işləməyə çağırıb.

Sammiti keçirən BMT-nin baş katibi Ban Ki Mun sessiyanın açılışında etdiyi çıxışı zaman deyib ki, fəaliyyət göstərməmək əxlaqi baxımdan bağışlanılmaz olardı.

Rəsmilər ümid edir ki, hökumətlər dekabr ayında Danimarkada keçiriləcək görüş zamanıqlobal iqlimə dair yekunlaşdırmaq istədikləri müqavilənin əldə edilməsi istiqamətində inkişafa nail olacaqlar.

Prezident Obama deyib ki, Birləşmiş Ştatlar iqlim dəyişikliyi məsələsini Çin və Hindistandan tutmuş Braziliya və Meksikaya qədər bütün regionlarla diplomatik müzakirələrin gündəliyində başlıca mövzu edib.

ABŞ prezidenti bildirib ki, söhbət hər bir ölkənin təhlükəsizliyi və sabitliyi kimi məsələlərdən gedir.

XS
SM
MD
LG