Accessibility links

Çin hökuməti xarici turistlərin Tibet bölgəsinə səyahətinə müvəqqəti qadağa qoyub


Çin hökuməti xarici turistlərin Tibet bölgəsinə səyahətinə yalnız Kommunist Partiyasının 60 illik yubileyini qeyd etdikdən sonra icazə vermək barədə qərar qəbul edib. Tibetin turizm rəsmilərinin dediyinə görə, bu gündən etibarən həyata keçirilməsi nəzərdə tutulan bu qərar oktyabr ayının 8-nə qədər qüvvədə qalacaq.

Çin oktyabr ayının birində yubileylə bağlı bayram şənliklərində müxtəlif əyləncələr təşkil ediləcəyini və Tiananmen meydanında hərbi parad keçiriləcəyini bildirib. Hökumət təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə küçələrə minlərlə polis işçisinin çıxarılacağını deyib. Çin hökumətinin dediyinə görə, belə bir həssas vaxtda Tibetə xarici qonaqların gəlməsi üçün xüsusi icazə olmalıdır.

XS
SM
MD
LG