Accessibility links

Gürcüstan Rusiyanı Qara Dəniz regionunda gərginliyi artırmaqda günahlandırıb


Gürcüstan hökuməti separatçı Abxaziya sahillərində patrul gəmisi yerləşdirən Rusiyanı Qara Dəniz regionunda gərginliyi artırmaqda və təhlükəsizliyə hədə törətməkdə günahlandırıb Gürcüstan Xarici İşlər Nazirliyi açıqladığı bəyanatda bildirib ki, rusların Novorossiysk adlı gəmisini əraziyə göndərməsi göstərir ki, Rusiya beynəlxalq öhdəliklərə əməl etmək niyyətində deyil.

Rusiya dünən gəmini Abxaziyanın dəniz hüdudlarını qorumaq məqsədilə göndərdiyini bildirib.Bu açıqlama Gürcüstanın Qara Dəniz regionuna gəlib gedən bir neçə yük gəmisini müsadirə etməsindən sonra verilib.

XS
SM
MD
LG