Accessibility links

ABŞ-ın Cənubi Afrika Respublikasındakı hökumət obyektləri bu gün də bağlıdır


ABŞ-ın Cənubi Afrika Respublikasındakı hökumət obyektləri açıqlanmayan təhlükəsizlik hədələrinə görə bu gün də bağlıdır. ABŞ səfirliyi təhlükə barədə bəyanatı veb səhifəsində yayıb. Amerika rəsmiləri çərşənbə axşamı günü təhlükənin mahiyyəti barədə məlumat vermədən səfirlik, konsulluqlar və yardım təşkilatlarının bağlanmasına göstəriş verib.

Amerikanın Cənubi Afrika Respublikasındakı səfirliyi xəbərdarlığın regional təhlükəsizlik ofisinin məlumatına əsaslandığını bildirib. Sabah ABŞ təşkilatları ölkədəki milli bayrama görə bağlı olacaq.

XS
SM
MD
LG