Accessibility links

Əfqanıstanda hərbi qüvvələri hədəf alan bomba hücumları mülki vətəndaşların ölümü ilə nəticələnib


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, bu gün Fərəh vilayətində yol kənarına yerləşdirilmiş bomba partlayışı beş mülki vətəndaşın ölümünə, iki nəfərin yaralanmasına səbəb olub. Taliban və digər yaraqlıların adətən Afghan və beynəlxalq hərbi qüvvələrə qarşı nəzərdə tutduqları bomba hücumları çox zaman mülki vətəndaşların ölümü ilə nəticələnir.

Əfqanıstanın Daxili İşlər Nazirliyinin məlumatında isə bildirilir ki, dünən gecə Nimruz vilayətində intiharçının üzərindəki bomba vaxtından əvvəl işə düşdüyü üçün o və onun iki yoldaşı həlak olmuşlar. Media xəbərlərində bildirildiyinə görə, intiharçı hücumu xarici hərbi qüvvələrə qarşı planlaşdırıb.

XS
SM
MD
LG