Accessibility links

Mahmud Əhmədinejad Qərb dövlətlərini kəskin tənqid edib


İran prezidenti Mahmud Əhmədinejad qərb dövlətlərini kəskin tənqid edib, Amerika Birləşmiş Ştatları və onun müttəfiqlərini demokratiya və azadlıq adı altında təcavüzkarlıq, terror və müharibələrin yayılmasında günahlandırıb. BMT-nin Baş Assambleyasının sessiyasında çıxış edən prezident İsrailin Qəzza zolağına qarşı hücumlarını pisləyərək, fələstinlilərin İsrailin hakimiyyəti altında qeyir-insani şəraitdə yaşadığını deyib. İranın dövlər başçısı kapitalizm və iqtisadiyyata qeyir-real sərvət qoyulmasının dayandırılmasına çağırıb.

Mahmud Əhmədinejad İranın səmimiyyətlə ona əl uzadan hər bir dözlətin əlini sıxmağa hazır olduğunu bildirib. İran prezidenti çıxışı zamanı ölkəsinin nüvə fəaliyyətlərindən söz açmayıb. İran liderinin çıxışına etiraz edən bəzi nümayəndə heyətləri zalı tərk , Israil isə Əhmədinejadın çıxışını boykot edib.

XS
SM
MD
LG