Accessibility links

Terror şübhəlisinə qarşı bomba hücumu planlaşdırmaq ittihamı irəli sürüldü


Birləşmiş Ştatlarda terrorla əlaqədar təhqiqatla bağlı saxlanmış şübhəli şəxsə Amerika ərazisində bomba partlayışı planı hazırlamaq ittihamı irəli sürülüb.

İttihamnamədə deyilir ki, Əfqanıstanda anadan olub hazırda Amerikada yaşayan Nəcibulla Zazi artıq bir ildir başqa şəxslərlə bomba hücumu həyata keçirməlk planları üzərində çalışır.

Hökumət bildirir ki, Zazi Pakistanda bomba hazırlamağa dair təfərrüatlı təlimatlar aldıqdan sonra ev şəraitində partlayıcı maddələr hazırlamaq üçün komponenetlər əldə edib və planlarını həyata keçirmək üçün 2009-cu ilin sentyabrın 10-da Nyu Yorkda səfər edib.

Zazi atası ilə bərabər əks-terror üzrə təhqiqatçılara yalan ifadə vermək ittihamları əsasında keçən həftənin şənbə günü Kolorado ştatında həbs edilmişdi.

Üçüncü əfqan eyni gündə eyni ittihamlarla Nyu Yorkda həsb edilib.


XS
SM
MD
LG