Accessibility links

Pentaqon rəsmisi Obama administrasiyasının raketlər əleyhinə yeni planını müdafiə edib


Pentaqonun siyasət məsələləri üzrə yüksək səviyyəli rəsmisi deyir ki, Obama administrasiyasının Avropada raketlər əleyhinə yeni planı ABŞ-ın keçmiş prezidenti Corc Buşun planlaşdırdığı strategiya ilə müqayisədə daha kamildir.

Müdafiə nazirliyinin rəsmiri Mişel Flornoy yeni plan Senatın Silahlı Qüvvələr komitəsində müzakirəyə çıxarılmazdan öncə ona dəstəyini bildirib. Flornoy deyib ki, system raketlərdən müdafiəni bir neçə il əvvəl təmin etməklə yanaşı, həm də İrandan gələn təhlükələrə qarşı daha effektivdir.

Onun sözlərinə görə, yeni planda həmçinin daha yaxşı izləmə və raketləri ələ keçirmək üçün təkmilləşdirilmiş texnologiyalar nəzərdə tutulur. Flornoy əlavə edib ki, yeni sistem Birləşmiş Ştatlar və Avropada NATO müttəfiqlərini daha yaxşı müdafiə edəcək.


XS
SM
MD
LG