Accessibility links

Hillari Klinton: Obama administrasiyası Birmanın hərbi hökuməti ilə birbaşa təmas yaratmaq qərarına gəlib


ABŞ dövlət katibi Hillari Klinton Obama administrasiyasınınBirmanın hərbi hökuməti ilə demokratik islahatlar tələbi ilə birbaşa təmas yaratmaq qərarına gəldiyini deyib. Nyu-Yorkda müxbirlərlə danışan xanım Klinton Amerika hökumətinin Birma hökumətinə təsir göstərmək üçün o ölkəyə qarşı sanksiyalarını davam etdirəcəyini bildirib.Lakin ABŞ dövlət katibi sanksiyaların ABŞ-ın arzuladığı nəticələr vermədiyini deyib.

Hillari Klinton təmas yaradılmasının sanksiyalar olmadan heç bir nətivə verməyəcəyini və buna görə Obama administarsiyasının hər iki metoddan istifadə edəcəyini deyib.

1962-ci ildən hərbi idarəçilik altında olan Birmanın müxalif Demokratiya Uğrunda Milli Liqası 1990-cı il seçkilərində qələbə əldə etmiş, lakin hərbi hökumət seçkilərin nəticələrini tanımamışdı.


XS
SM
MD
LG