Accessibility links

Pittsburq şəhərində Böyük İyirmiliyin sammiti keçirilir


ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində Böyük İyirmiliyin sammiti keçirilir. İki günlük görüş zamanı dünyanın zəngin və inşaf etmiş ölkələrinin nümyəndələri qlobal iqtisadi böhran və davamlı artım məsələlərini müzakirə edir.

ABŞ prezidenti Barak Obamanın ev sahibliyi etdiyi bu tədbirdən əvvəl 2008-ci ilin noyabr ayında Vaşinqton şəhərində, cari ilin aprel ayında isə Londonda görüşlər keçirilmişdi. Quruma üzv ölkələr inkişaf etməkdə olan ölkələrdə qlobal ticarətin təbliği, onlara dirçəliş üçün davamlı proqramlar və maddi dəstək verilməsinin yollarını müəyyən etməyə çaılışır.

XS
SM
MD
LG