Accessibility links

Pittsburq şəhərində Böyük İyirmiliyin sammiti davam edir


ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində Böyük İyirmiliyin sammiti davam edir. İki günlük görüş zamanı dünyanın zəngin və inşaf etmiş ölkələrinin nümyəndələri qlobal iqtisadi böhran və davamlı artım məsələlərini müzakirə edir. Tədbirin ilk günü liderlər Böyük İyirmiliyin iqtisadi əməkdaşlığına dair bəyanat qəbul ediblər.

ABŞ prezidenti Barak Obama sammitə ev sahibliyi edir. Ağ Ev bildirib ki, dünya ölkələri daha güclü və balanslaşdırılmış qlobal iqtisadiyyat yaratmalıdır. Böyük İyirmiliyə üzv ölkələr inkişaf etməkdə olan ölkələrdə qlobal ticarətin təbliği, onlara dirçəliş üçün davamlı proqramlar və maddi dəstək verilməsinin yollarını müəyyən etməyə çalışır.

XS
SM
MD
LG