Accessibility links

İranın ikinci nüvə obyekti inşa etməsi narahatlıqlara səbəb olub


Rusiya İranın ikinci nüvə obyekti inşa etməsindən narahatlığını bildirib. Rusiya sözçüsü prezident Dmitri Medvedyevin bununla bağlı bəyanat verəcəyini deyib.

Çin İranı Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığa səsləyib.Çin nümayəndəsi deyib ki, ölkəsi hadisələrin cərəyanını yaxından izləyir.

BMT-nin Təhlükəsilik Şurasının daimi üzvləri olan Çin və Rusiya İrana qarşı bir neçə sanksiyanın tətbiqində iştirak edib. Lakin hər iki ölkə ABŞ və Avropa ölkələri ilə müqayasidə uran zənginləşdirməsinə görə İranın cəzalanıdırlmasının o qədər də tərəfdarı deyil.

XS
SM
MD
LG