Accessibility links

İran rəsmisi ikinci nüvə obyektinin tezliklə işə düşəcəyini deyir


İranın ali dini liderinin baş müşaviri deyir ki, ölkənin yenicə açıqlanmış uran-zənginləşdirmə obyekti tezliklə fəaliyyətə başlayacaq. Ayətulla Əli Xameneyinin baş qərargahının rəisi Məhəmməd Məhəmmədi-Qolpayeqani İranın FARS xəbər agentliyinə bildirib ki, “inşaallah, tezliklə zavod işə düşəcək və düşməni kor edəcək.” Bu açıqlama ABŞ prezidenti Barak Obamanın İrana öz nüvə proqramını tam açıqlaması barədə xəbərdarlığından bir gün sonraya təsadüf edir. Həmin xəbərdarlıqda prezident Obama İrana oktyabrın 1-də büynəlxalq danışıqlaradək vaxt vermiş, əks təqdirdə İslam Respublikasının sərt sanksiyalarla üzləşəcəyini bəyan etmişdi. Cnab Obama deyib ki, beynəlxalq ictimaiyyət bu həftə BMT Baş Assambleyasının yığıncağında və İyirmiliyin sammitində İranla bağlı misilsiz birlik nümayiş etdirmişdir.
XS
SM
MD
LG