Accessibility links

İraqda Əl-Qaidə üzvlərindən daha ikisi ələ keçirilib


İraqın ordu rəsmilərinin bildirdiyinə görə, 5-i ölüm cəzasına məhkum edilən 16 Əl-Qaidə üzvlərindən daha ikisi ələ keçirilib. Beləlikdə axtarışda olan məhbuslardan 8-i artıq nəzarət altındadır. Həmin şəxslər çərşənbə günü Tikrit həbsxanasının pəncərəsindən qaçmağa nail olub.

Polis məhbusların qaçmasından sonra genişmiqyaslı axtarış əməliyaytı həyata keçirir. Yollar bağlanıb, Suriya ilə sərhəd bölgələrə əlavə kəşfiyyat kameraları yerləşdirilib. Əhalisinin əksəriyyəti sünni olan Tikrit şəhəri İraqın sabıq lideri Səddam Hüseynin vətəni idi.

XS
SM
MD
LG