Accessibility links

ABŞ prezidenti nüvə silahlarının yayılmasına mane olmaq üçün beynəlxalq əməkdaşlığa çağırır


ABŞ prezidenti Barak Obama Böyük Səkkizliyin sammitindən sonra nüvə silahlarının yayılmasına mane olmaq üçün beynəlxalq əməkdaşlığa çağırıb. Həftəlik radio və internet müraciəti zamanı dövlət başçısı ABŞ-ın beynəlxalq əlarələrin yeni erasını başlatmaq istədiyini bildirib. Prezident deyib ki, Amerika Rusiya ilə silahların ixtisarına dair razılığın şərtlərinə əməl edəcək.

Barak Obama Şimali Koreya və İran kimi ölkələri beynəlxalq cavabdehliyə səsləyib. Prezident deyib ki, Amerika tərəfdaşları və müttəfiqləri ilə bərabər Şimali Koreyanın kütləvi qırğın silahları istehsalından çəkindirmək üçün səylərini davam etdirəcək.

XS
SM
MD
LG