Accessibility links

Pan Gi Mun: Əfqanıstanda prezident seçkilərinin nəticələrinin elan edilməsi ilə yeni zorakılıqlar baş qaldıra bilər


BMT-nin baş katibi Pan Gi Mun Əfqanıstanda prezident seçkilərinin nəticələrinin elan edilməsi ilə ölkədə yeni zorakılıqların baş qaldıra biləcəyini deyib. BMT-nin kvartallıq hesabatında cənab Pan seçkilər zamanı yol verilən saxtalaşdırmaların Əfqanıstanda siyasi çaxnaşmalara təkan verdiyini deyib.

BMT-nin baş katibi avqust ayının əfqan xalqı üçün itki baxımından ən ağır ay olduğunu deyib. İndiyədək hesablanan səsvermə nəticələrinə görə prezident Həmid Karzay 54 faiz səs əldə edib. Onun əsas rəqibi, sabiq xarici işlər naziri Abdulla Abdulla isə 28 faiz səs toplayıb.

XS
SM
MD
LG