Accessibility links

Əfqanıstanın energetika naziri intiharçı hücumundan sağ  qurtulub


Əfqanıstan polisi enerji naziri İsmayıl Xanın Herat şəhərində dörd nəfərin ölümülə nəticələnmiş bomba hücumundan sağ çıxdığını bildirib.

Taliban intiharçı hücumun Heratın keçmiş valisi olmuş enerji nazirini hədəf aldığını deyib.

Rəsmilərin sözlərinə görə Herat hava limanına gedən əsas yolda baş vermiş partlayış nəticəsində 17 nəfər mülki vətəndaş yaralanıb.

Bu arada, NATO-nun başçılıq etdiyi qüvvələr son iki gündə üsyançıların Əfqanıstanın cənubunda üç əsgəri öldürdüyünü bildirib. İki Amerika əsgəri yol kənarında yerləşdirilmiş partlayış, üçüncü əsgər isə intiharçı hücumu zamanı həlak olub.

Britaniyanın bir əsgəri Helmənd vilayətində keşik çəkən zaman baş vermiş partlayış zamanı həlak olub.

Fransa isə üç əsgərin Əfqanıstanın şimal-şərq bölgəsində gecə əməliyyatlar aparılarkən baş vermiş şiddətli tufan zamanı həlak olduğunu bildirib.


XS
SM
MD
LG