Accessibility links

Rejissor Roman Polanski İsveçrədə saxlanılıb


İsveçrədə Sürix kino-festivalının təşkilatçıları quruluşçu-rejissor Roman Polanskinin ABŞ-ın 1978-ci ildə həbs orderinə əsasən saxlandığını bildirirlər. 76 yaşlı Polanski polis tərəfindən dünən saxlanıb.

Roman Polanski İsveçrəyə kino ustası kimi yaradıcılığına görə mükafat almaq üçün səfər etmişdi. O, 1971-ci ildə 13 yaşlı qızla qeyri-qanuni seksual əlaqədə olmaqda ittiham edilmişdi.

1978-ci ildə məhkəmə qarşısında çıxarılmaq təhlükəsi qarşısında Polanski Fransaya qaçmışdır. O, 31 ildir qaçaqdır.

Polanski Fransada anadan olmuş və kiçik yaşlarında ailəsi ilə birlikdə Polşaya köçmüşdür. O, 2003-cü ildə “Pianoçu” filminə görə Oskar mükafatına layiq görülmüşdür. Lakin mükafatı almaq üçün Birləşmiş Ştatlara gələ bilməmişdir.

XS
SM
MD
LG