Accessibility links

Türkiyə Ermənistanla diplomatik münasibətlər qurmağa hazırlaşır


Türkiyə rəsmiləri deyir ki, rəsmi Ankara on illərlə davam edən soyuq münasibətlərdən sonra tezliklə Ermənistanla diplomatik münasibətlər quracaq. Rəsmilər diplomatik münasibətlərin yaranması haqda razılığın oktyabrın 10-da Türkiyə və Ermənistan xarici işlər nazirləri tərəfindən imzalanacağını bildirib. Aylarla davam edən danışıqlarda sonra əldə edilən razılıq həmçinin Türkiyə-Ermənistan sərhədlərinin açılmasına çağırır. Razılıq hər iki ölkənin parlamenti tərəfindən təsdiq edilməlidir.
XS
SM
MD
LG