Accessibility links

Baş məqalə: ABŞ raketdən müdafiə sistemində dəyişiklik edir


Prezident Barak Obama İranın raket proqramının yaratdığı təhlükəni qeyd edərək, ABŞ-ın Avropada raketlər əleyhinə planlarına dəyişiklik edildiyini elan etdi. Polşada yerdə quraşdırılan 10 raket tutan qurğu və Çex Respublikasında İranın buraxa biləcəyi uzun mənzilli ballistik raketlərin qarşısını almaq üçün nəzərdə tutulan radar əvəzinə yeni fazada ballistik raketlərdən müdafiə sistemi qısa və orta mənzilli raketlərin yaratdığı mövcud təhlükənin qarşısını alacaq. Burada həmçinin sınaqdan keçirilib, yerləşdirildikdən sonra uzun mənzilli raketlər əleyhinə sistemin növbəti fazalarının həyata keçirilməsi də nəzərdə tutulur.

ABŞ inanır ki, plan NATO-nun raketlərdən müdafiə sahəsində Dövlət və Hökumət Baçılarının bu yaxınlarda, 2009-cu ilin aprel ayında təsdiq etdiyi səylərin qüvvətləndirilməsi və gücləndirilməsinə xidmət edəcək. ABŞ habelə NATO-nun geniş, bir neçə pilləli ballistik raketlərdən müdafiə strukturunun davam etdirilməsinə dair əvvəlki zirvə görüşlərində əldə edilən bütün qərarlara da dəstəyini bildirir.

Prezident Obama deyir ki, dəyişiklər iki prinsipial amilə əsasında edilib : 'Əvvəla, biz İranın nüvə proqramına kəşfiyyat xidmətlərinin verdiyi qiyməti yenidən nəzərdən keçirdik ki, burada da İranın qısa və orta mənzilli raketlərinin Avropaya çatmaq qabiliyyətinə malik olduğu vurğulanır.İkincisi, bizim özümüzün raketlərdən müdafiə sistemində spesifik və

təspit edilmiş inkişaflar oldu.Bizim yeni planımızda sübut edilmiş və qiymət baxımından əlverişli, bununla yanaşı, hazırkı təhlükənin qarşısını, əvvəlki proqramdan da daha tez ala biləcək texnologiyaların yerləşdirlməsini əhatə edəcək.'

Prezident Obama ABŞ-ın raket əleyhinə əvvəlki planın elementlərini yerləşdirməyə razılız vermiş Çex Respublikası və Polşa daxil olmaqla, yaxın dostlar və müttəfiqlərlə əməkdaşlığı davametdirəcəyini vurğulayıb: 'Biz birlikdə kollektiv təhlükəsizliyi gücləndirmək üçün geniş əməkdaşlıq səylərinə sadiq qalırıq və bir ölkəyə hücumun hamıya qarşı hücum olduğu deyilən NATO-nun 5-ci maddəsindəki mühüm öhdəlikləre bağlıyıq.'

Planı açıqlayan prezident Obama Rusiyanın komponentləri Polşa və Çex Respublikasında yerləşdirilməsi nəzədə tutulan əvvəlki plana etirazlarının tamamilə əsassız olduğunu deyib: 'Bizim diqqət mərkəzində açıq və davamlı şəkildə İranın ballistik raket proqramı olub, biz bunu diqqət mərkəzində saxlayacağıq və bu gün elan etdiyimiz proqramın əsasını da bu təşkil edir.'

Prezident Obama deyib ki, Birləşmiş Ştatlar ABŞ və Rusiya İranın qeyri-qanuni nüvə proqramına son qoymaq üçün birgə səyləri davam etdirdiyi bir vaxt, Rusiyanın özünün raketlərdən müdafiə qabiliyyətlərini ümumi strateji maraqların təhlükəsizliyi səviyyəsinə gətirməsi işində əməkdaşlığını alqışlayır.

XS
SM
MD
LG