Accessibility links

Rejissor Polanskinin vəkili onun ABŞ-a təhvil verilməməsi üçün mübarizə aparacağını deyib


İsveçrədə həsb edilmiş Oskar mükafatı laureatı kino-rejissor Roman Polanskinin vəkili deyib ki, o, ABŞ-a təhvil verilməmək uğrunda mübarizə aparacaq.

Rejissorun fransalı vəkili Herve Termim Avropa və Amerika mətbuat nümayəndələri üçün açıqlamalar verərək deyib ki, 76 yaşlı Polanskinin azad edilməsi mümkündür.

Isveçrə rəsmiləri Roman Polanskini ABŞ-ın onun həbsi barədə 1978-ci ildəki orderinə əsasən dünən saxlayıblar.

Polanski İsveçrəyə kino ustası kimi yaradıcılığına görə Sürix şəhərində keçirilən kino-festival zamanı mükafat almaq üçün səfər etmişdi.

Polanski 1971-ci ildə 13 yaşlı qızla seksual əlaqədə ittiham edilmiş və 1978-ci ildə həbs edilmək təhlükəsi qarşısında Fransaya qaçmışdır.

Fransada anadan olmuş Polanski ikili vətəndaşlığa malik olaraq, həm Fransa, həm də Polşa vətəndaşıdır.

Roman Polanski “Chinatown” və “Rosemary’s Baby” kimi filmlərinə görə şöhrət qazanmışdır.

2003-cü ildə “Pianoçu” filminə görə Polanski Oskar mükafatına layiq görülmüşdür. Lakin o, mükafatı almaq üçün Birləşmiş Ştatlara gələ bilməmişdir.

XS
SM
MD
LG