Accessibility links

İran iki raketin uğurla sınaqdan keçirildiyini bəyan edib


İran iki uzunmənzilli raketin uğurla sınaqdan keçirildiyini bəyan edib. Müdafiə təhlilçilərinin fikrincə bu raketlər İsrail və Cənubi Avropa ölkələrini vurmaq qabiliyyətinə malikdir. İranın dövlət televiziyası ilə raketlərin sınağı nümayiş etdirilib. Şəhab-3 və Secil raketlərinin sınağı hərbi təlimlərin ikinci günü həyata keçirilib.

Bəzi qərb müdafiə analitikləri bu raketlərdən heç olmasa birinin nüvə başlıqları daşıya bildiyini deyir. Bu həftənin cümə axşamı günü ABŞ və digər dünya ölkələri Cenevrə görüşü zamanı İrandan nüvə fəaliyyətləri barədə məlumat verməsini istəyəcək. Dünən ABŞ-ın dövlət katibi Hillari Klinton demişdi ki, danışıqlar nəticə verməsə, İrana qarşı daha sərt sanksiyalar tətbiq ediləcək.

XS
SM
MD
LG