Accessibility links

Hindistan Kəşmirində hərbi qüvvələr tərəfindən 3 islamçı yaraqlı öldürülüb


Hindistan Kəşmirində hərbi qüvvələr tərəfindən 3 islamçı yaraqlı öldürülüb. Hindistan rəsmilərinin bildirdiyinə görə, Şrinaqadan 40 km cənubda yerləşən Tral şəhərində döyüşlər qüvvələrin qeydi zamanı baş verib. Atəş mübadiləsi bir qadının ölümünə səbəb olub. Hərbi qüvvələrin 3 əsgəri yaralanıb. Ölən digər iki nəfərin pakistanlı olduğu bildirilir.

Rəsmilər onların Ləşkəri-Təibə qrupunun üzvləri olduğunu deyir. Bu qrup keçən ilə Mumbay hücumu zamanı 160-dan artıq insanın ölümünə səbəb olub. 1989-cu ildən müsəlman separatistlər Kəşmirin müstəqilliyi uğrunda mübarizə aparır. İndiyədək 47000 insan həlak olub.

XS
SM
MD
LG