Accessibility links

Pakistanın şimal-qərbində son günlər zorakılıqlar artıb


Pakistandan alınan məlumatda deyilir ki, ölkənin şimal-qərbindəki Baka Xil regionundakı Bannu şəhəri yaxınlığında Talibana qarşı olan qəbilə lideri Əbdül Hakim və digər 4 nəfər intiharçı hücumunun qurbanı olmuşlar. Son məlumatlara görə artıq bir neçə gündür ki, həmin regionda çox sayda bomba hücumları və qarşıdurmalar baş verir.

BMT-nin Humanitar Yardım Agentliyinin Pakistandakı ofisindən verilən məlumatda deyilir ki, agentılik hökumətin Talibana qarşı mübarizə apardığı qəbilələrin yaşadığı Cənubi Vəziristan bölgəsindən bir çox ailənin daha təhlükəsiz yerlərə köçmələrinə yardım etməyə hazırlaşır.

XS
SM
MD
LG