Accessibility links

İsraillə Fələstin arasında sülh danışıqlarının yeni mərhələsi müzakirə olunur


İsrailin iki nümayəndəsi fələstinlilərlə sülh danışıqlarının yeni mərhələsinə başlanılması yollarını müzakirə etmək üçün bu gün Vaşınqtona gəlmişlər. Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Ehud Barakın göndərdiyi nümayəndələr Yaxın Şərq üzrə Vaşinqtonun xüsusi nümayəndəsi Corc Mitçellə görüşməyi planlaşdırırlar. Fələstinlilərin müzakirəçisi Saib Erekat isə Corc Mitçellə bu həftənin sonu görüşəcək.

Birləşmiş Ştatlar prezidenti Barak Obama keçən həftə sülh danışıqlarının bərpası məqsədi ilə İsrail və Fələstin liderləri ilə birgə görüş keçirməyə cəhd göstərdi və onların hər ikisini kompromisə çağırdı. İsrailin baş naziri Netanyahu deyib ki, sülh danışıqlarına heç bir şərt qoyulmadan, tez bir zamanda başlanmalıdır. Fələstinlilərin prezidenti Mahmud Abbas isə İsrail Fələsin əraziləridə yəhudi yaşayış məntəqələrinin inşasını dayandırmayınca danışıqlara getməyəcəyini israr edir.

XS
SM
MD
LG