Accessibility links

BMT təhqiqatçısı Qəzzada müharibə cinayətlərinə dair hesabatını müdafiə edir


BMT-nin təhqiqatçısı Qəzza zolağında müharibə cinayətlərinə dair hesabatını müdafiə edib.

Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasında danışan Riçard Qoldston İsrailin hesabatın siyasi motivlər əsasında hazırlandığına dair tənqidlərini rədd edib. O bəzi insidentləri təsvir edərək, İsrail silahlı qüvvələrinin mülki vətəndaşlara qarşı tələfatla nəticələnmiş hücumlar keçirdiyini deyib. Onun sözlərinə görə, bu hücumlara nə hərbi cəhətdən, nə də nəticə baxımından heç cür bəraət qazandırmaq mümkün deyil.

Bununla yanaşı, şuranın iclasında İsrail və fələstinlilərin nümayəndələrinin çıxışları dinləniləcək. İnsan Hüquqları Şurası məsələ ilə bağlı qətnaməni nəzərdən keçirməzdən əvvəl hesabatla bağlı müzakirələr aparacaq.

Sənəddə həm israillilər, həm də fələstinlilərin Həmas qrupu keçən ilin dekabr ayı və bu ilin yanvar ayında İsrailin Qəzzaya hücumu zamanı müharibə cinayətləri və bəşəriyyətə qarşı mümkün cinayətlər törətməkdə ittiham edilir.

Döyüşlər nəticəsində 1300 fələstinli, 13 israilli həlak olmuşdur. İsrail məsələnin Haaqada

Beynəlxalq Müharibə Cinayətləri məhkəməsinə çıxarılması ilə bağlı hər hansı cəhdin qarşısını alacağını bildirib. Belə ki bu, İsrail əsgərlərinə qarşı ittihamlar irəli sürülməsinə gətirib çıxara bilər. Həmas sənəddə ona qarşı yönəlmiş tənqidlərə əhəmiyyət verməyib, lakin İsrailə qarşı ittihamları alqışlayıb.

XS
SM
MD
LG