Accessibility links

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Vaşinqtonda Hillari Klintonla görüşüb


Dünən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Vaşinqtonda ABŞ Dövlət Katibi Hillari Klintonla görüşüb. Görüşdən sonra müxbirlərlə söhbətində Hillari Klinton Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması yönümündə göstərilən səyləri alqışlayılb. O, danışıqların əvvəlcədən şərt irəli sürülmədən və müəyyən vaxt çərçivəsində aparılmasının vacibliyini önə çəkib. Xanım Klinton Amerika rəsmilərinin Ermənistanın dövlət rəsmiləri ilə yaxından işləməyə davam edəcəyini vurğulayaraq, ABŞ-ın Ermənistanın demokratik inkişafına və iqtisadi rifahına yardımçı olacağını qeyd edib. Cənab Nalbandyan ikitərəfli münasibətləri və Türkiyə-Ermənistan yaxınlaşmasını müzakirə etdiyinə görə dövlət katibinə təşəkkürünü bildirib.

XS
SM
MD
LG