Accessibility links

ABŞ və beynəlxalq kəşfiyyat orqanları Əl-Qaidə şəbəkələrinin effektivliyinin zəiflədiyini deyirlər


Pakistan rəsmilərinin bildirdiyinə görə, Vəziristan bölgəsində Birləşmiş Ştatların pilotsuz təyyarələrinin raket hücumları zamanı azı 18 yaraqlı öldürülüb. Qəbilələrin yaşadığı Şimali Vəziristan regionuna raket hücumlarının son 24 saat ərzində həyata keçirildiyi bildirilir. Birləşmiş Ştatların pilotsuz təyyarələri Əfqanıstanla sərhəddəki Taliban və Əl-Qaidə yaraqlılarının məskunlaşdığı yerləri hədəf alır.

Təhlilçilər hədəf alınan həmin bölgənin Əfqanıstan hökumətinə və xarici qüvvələrə qarşı mübarizə aparan Taliban komandiri Cəlalüddin Haqqaninin nəzarəti altında olduğuna inanıldığını deyirlər. Bu hücumlardan bir neçə saat əvvəl isə ABŞ hərbi təyyarələrinin Cənubi Vəziristandakı digər Taliban komandirinin evini hədəf aldıqları xəbər verilmişdi. Bu gün eləcə də BBC-nin urdu dilindəki şöbəsi tərəfindən keçmiş Taliban lideri Beytulla Məsudun cəsədi göstərilən video nümayiş etdirilib.

Birləşmiş Ştatlar və beynəlxalq kəşfiyyat orqanları belə hücumların Əl-Qaidənin şəbəkələrinin effektivliyini zəiflətdiyini deyirlər.

XS
SM
MD
LG