Accessibility links

İranın nüvə proqramı ilə bağlı danışıqlar keçirilir


İranın nüvə proqramı ilə bağlı İslam Respublikası ilə altı dünya qüdrəti arasında İsveçrədə danışıqlar keçirib. ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya diplomatları İranla nüvə proqramının dayandırılması barədə ciddi dialoq olacağına ümid bəslədiklərini bildirmişdilər.

BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almainyanın Cenenvrə görüşü keçirilərkən, ABŞ və İran diplomatları nadir müzakirələr keçirib. Danıqışqlarda ABŞ dövlət katibinin müavini Uilyams Bürns və İranın nüvə müzakirəçisi Səid Cəlili iştirak edib.

Qərb dövlətləri İranın atom bombası istehsal etməyə can atmasından narahatdır. İran isə uran zənginləşdirilməsinin dinc məqsədlərə xidmət etdiyini deyir.

XS
SM
MD
LG