Accessibility links

Çində Kommunist rejiminin 60-cı ildönümü böyük təntənə ilə qeyd edilib


Çində Kommunist rejiminin 60-cı ildönümü böyük təntənə ilə qeyd edilib. Tiananmen meydanında 60 il əvvəl Mao Tszedunun durduğu tribunada prezident Hu Tsuntaunun çıxışından sonra parad təşkil edilib, arteleriya silahları ilə atəş açılıb.

Prezident niqti zamanı "Yaşasın Çin Xalq Respublikası, Çinin Kommunist partiyası və böyük Çin xalqı"kimi şüarlar səsləndirib. Hu Tszuntau deyib ki, Çin dünya ölkələri ilə sülh və əməkdaşlıq siyasətini davam etdərəcək. Mao Tszedun Çin Xalq Respublikasının yarandığını 1949-cu ilin oktyabr ayının 1-də elan etmişdi.


XS
SM
MD
LG