Accessibility links

İndoneziyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı artmaqda davam edir


İndoneziya rəsmiləri çərşənbə günü baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayının artmaqda davam etdiyini deyirlər.Dağılmış tikililərin altında hələ də minlərlə insan qalmaqdadır.Rəsmilər indidəyək ölənlərin sayının 700 olduğunu deyirlər, lakin son rəqəm minlərlə ölçülə bilər.7.6 bal gücündə zəlzələ İndoneziya adası Sumatra sahilləri yaxınlığında baş verib. Rəsmilər hələ də dağıtıların miqyasını müəyyən etməyə çalışırlar. Sumatranın Padanq şəhərində azı 500 binanın dağıldığı bildirilir. Dağılan binalar arasında xəstəxana, otel və tədris obyektləri var.

XS
SM
MD
LG