Accessibility links

Pakistanda hərbi qüvvələrə qarşı hücumlar davam edir


Pakistan rəsmilərinin bildirdiyinə görə, Peşəvər şəhəri yaxınlığında yol kənarına yerləşdirilmiş bombanın partlaması 3 Pakistan əsgərinin yaralanmasına səbəb olub. Yaraqlıların bombanı bir qrup əsgərin həmin yerdən keçən vaxt işə saldıqları deyilir. Həmin ərazilərdə yaraqlılar çox sayda bomba hücumları həyata keçirirlər. Keçən həftə ölkənin şimal-qərbində bomba hücumları nəticəsində 24 nəfər həlak olmuşdu. Polisin dediyinə görə, keçən həftənin şənbə günü bir nəfər Peşəvərdə insanların toplaşdığı yerə əvvəlcə qumbara atmiş, sonra isə maşınındakı 100 kq həcmindəkipartlayıcını işə salmışdır. Digər hücumçu isə yük maşınındakı bombanı Bannu şəhərindəki polis məntəqəsində işə salmışdır. Hücumların məsuliyyətini Taliban komandiri Qari Hüseyin öz üzərinə götürmüş və hücumların davam etdiriləcəyi barədə xəbərdarlıq etmişdir.

XS
SM
MD
LG