Accessibility links

Kloun kosmosa çatıb


Kanadanın məşhur sirk ustası Gay Lalibert Rusiyanın fəza gəmisi ilə ilk kloun kimi kosmosa çatıb. Qazaxıstanın Baykanur kosmodromundan stat alan 35 milyon dollarlıq səyahət iki gün sürüb. 50 yaşlı milyarder, Montreal sirkinin qurucusu Lalibert Beynəlxalq Fəza Stansiyasına səyahət edən 7-ci qonaqdır.

Laliberti amerikalı astronavt Ceffri Uliyams və rusiyalı kosmonavt Maksim Surayev müşayiət edib. Oktyabr ayının 9-da klounun iştirak ilə Beynəlxalq Fəza Stansiyasından əyləncə proqramı yayımlanacaq.

XS
SM
MD
LG